Sürücü ilə anası öldü - Gədəbəydə ağır qəza

HADİSƏ
13:58
28 Fevral 2020
99

Gədəbəy rayonunda ağır yol qəzası baş verib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bir neçə saat öncə qeydə alınıb. “VAZ 21011” markalı avtomobillə “Pajero” markalı maşın toqquşub.

Qəza nəticəsində “VAZ 21011”in sürücüsü, 31 yaşlı Hüseynov Ruslan İbrahim oğlu və onun anası Hüseynova Nüşabə Telman qızı hadisə yerində vəfat edib.

Həmin maşında olan 2010-cu il təvəllüdlü Nuriyev Məcid Nuşirəvan oğlu və 1955-ci il təvəllüdlü Mahir Tağıyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti