Şəhid anası dövlətin verdiyi 10 mini Silahlı Qüvvələrə bağışladı

İQTİSADİYYAT
13:05
7 Dekabr 2020
145
İkinci Qarabağ müharibəsində Füzulinin azad olunması istiqamətində döyüşlərdə şəhid olan Kürdəmir rayonunun stansiya Karrar qəsəbəsinin sakini Zülfüqarov Məlik Kamran oğlunun anası şəhid üçün dövlət tərəfindən ayrılan vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayıb.

Sabah.az xəbər verir ki, Yeganə Ədilova 10 min manat məbləğində birdəfəlik yardımın vətənin keşiyində duran hərbçilərə xərclənməsini daha düzgün hesab etdiyini bildirib. 

Evin tək oğlu olan Məlik Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə döyüşüb. Torpaqlarımızı azad etmək uğrunda qəhrəmanlıqla şəhid olub.

19 yaşlı şəhidimiz 21 oktyabrda doğulduğu qəsəbədə torpağa tapşırılıb.

Xəbər lenti