Mingəçevirdə növbəti əməliyyat - “Zaxar” tutuldu

XƏBƏR
13:02
28 Fevral 2020
1859

Mingəçevir şəhərində kriminal avtoritet saxlanılıb.

Sabah.az “Report”a istinadən xəbər verir ki, bu, əvvəllər Rusiya və Azərbaycanda ağır cinayətlər törətdiyinə görə dəfələrlə məhkum olunan 33 yaşlı Zakir Əlisoydur.

O, polislər tərəfindən saxlanılan zaman müqavimət göstərib və qaçmağa çalışıb. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşlarının yüksək peşəkarlığı nəticəsində “Zaxar” ləqəbli kriminal avtoritet saxlanılıb.

Ondan külli miqdarda tiryək və odlu silah-sursat aşkarlanıb.

Sabah.az bu məqamda xatırladır ki, hüquq-mühafizə orqanları həmçinin fevralın 26-da Mingəçevirdə əməliyyat keçirmişdilər. Rəsmi məlumatda bildirilirdi ki, Anar Ağayev adlı şəxs polis əməkdaşlarının təslim olma barədə etdiyi xəbərdarlığa baxmayaraq silahlı müqavimət göstərib. Əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silah tətbiq edilməklə görülmüş cavab tədbiri ilə Anar Ağayev məhv edilib.

Xəbər lenti