"Qarabağ"da daha 5 futbolçuda koronavirus aşkarlandı

İDMAN
14:04
5 Dekabr 2020
93

"Qarabağ"ın daha 5 futbolçusunun koronavirusa yoluxduğu məlum olub.

Sabah.az xəbər verir ki, bu barədə klubun mətbut xidməti məlumat yayıb. Komanda Avropa Liqasının qrup mərhələsində "Makkabi" ilə matçdan (1:1) geri döndükdən sonra Peşəkar Futbol Liqasının tələblərinə əsasən Premyer Liqanın 12-ci turunda qarşılaşacağı "Qəbələ" ilə matçın hazırlıqları çərçivəsində növbəti dəfə koronavirus testindən keçib. Testin nəticələrinə görə Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov və Kevin Medinada COVID-19 aşkarlanıb.

Daha öncə isə testin nəticəsi pozitiv olan daha iki futbolçu: Mahir Emreli və Abbas Hüseynov da müalicələrini davam etdirir.

Milli komandanın heyətində Lüksemburqda koronavirusa yoluxmuş Maksim Medvedev müalicəsini tamamlayaraq, Bakıya qayıdıb.

Xəbər lenti