Döyüş yoldaşlarını qorumaq üçün bədənini sipər edən qazimiz - Video
44 günlük Vətən müharibəsində böyük şücaət göstərən hərbçilərimizdən biri də Elman Məcidovdur.
Sabah.az xəbər verir ki, "Xezerxeber" leytenant Elmanla bağlı süjet hazırlayıb. Reportajda bildirilib ki, Elman döyüş yoldaşlarını qorumaq üçün öz bədənini sipər edib.
Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq nümayiş etdirən Elman və yoldaşları düşmənə sarsıdıcı zərbələr endirib.
Elmanın da yer aldığı dəstə Ərgünəş adlanan ərazidə düşməninin artilleriya hücumuna məruz qalıb. Bu zaman Elman döyüş yoldaşlarının əynində zirehli gödəkçənin olmadığını görüb və özünü onların üstünə atıb, bədəni ilə sipər olub. Həmin vaxt onun bədəninin bir neçə hissəsindən qəlpə yarası alsa da, hospitala getməkdən imtina edib.
O, döyüş zamanı yalnız torpaqlarımızı işğaldan azad etmək, şəhidlərimizin qisasını almağı düşünüb.
İndi Elman tezliklə sağlamlığına tam qovuşmaq və yenidən cəbhə yoldaşlarının yanına qayıtmaq istəyir.
Daha çox