Şəhidlərimizin uyuduğu Fəxri xiyaban... - Video

ÖLKƏ
11:22
5 Dekabr 2020
816

Ötən gün Azərbaycanda Vətən müharibəsindəki şəhidlərimizin anım mərasimi keçirilib.

Sabah.az xəbər verir ki, Bakıda insanlar şəhidlərin dəfn edildiyi Fəxri xiyabana yollanaraq onların məzarlarını ziyarət ediblər.

AzTV-nin Fəxri xiyabandan hazırladığı reportajdan da göründüyü kimi ziyarətçilər arasında şəhidlərin anaları da yer alıb. Onların kədəri bir başqa görünür. Analar məzar daşlarına sığal çəkməklə sanki öz qəlblərini rahatladırlar.

Şəhid anası Səadət Şirəliyeva bütün şəhidlərimizin cənnətlik olduğunu deyir: "Vətən sağ olsun! Allah bütün şəhidlərimizi cənnətlik eləsin! Onlar tarix yazdılar. Mənim övladım da, bütün şəhidlərimiz də tarix yazdılar".

Xəbər lenti