Cəbrayıl uğrunda şəhid olan baş leytenant - Foto

ÖLKƏ
10:51
5 Dekabr 2020
116

Baş leytenant Kazımov Kamran Qurbanəli oğlu Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızdandır.

Sabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, K. Kazımov 1990-cı ilin dekabrın 7-də  Rusiya Federasiyasının Voloqda vilayətində doğulub.

Oktyabrın 5-də Cəbrayıl istiqamətində gedən döyüşlərdə həlak olub. Evli idi, 2 övladı var.

Xəbər lenti