70 nəfəri ölümdən xilas etdi, özü şəhid oldu - Video
Vətən müharibəsində öz igidliyi ilə seçilən qəhrəmanlarımızdan biri də Sənan Kərimovdur.
Sabah.az xəbər verir ki, "Xəzərxəbər" bölük komandiri olan Sənangilin evində çəkiliş edib. Reportajda bildirilib ki, Sənan xüsusilə Füzuli istiqamətində düşmənin keçilməz hesab etdiyi müdafiə xəttinin yarılması zamanı böyük şücaət göstərib. Baş leytenantımız həyatını dəfələrlə rıskə ataraq, ən çətin ərazilərə göz qırpmadan girib və yaralı yoldaşlarını xilas edib. Son döyüşlərdə inanılmaz həmlə ilə 70 nəfərlik heyəti mühasirədən çıxarmağa müvəffəq olub.
O, Cəbrayıl rayonu istiqamətində aparılan döyüşlər zamanı yaxınlıqdakı tankdan atılan mərminin düşməsi nəticəsində şəhid olub.
Atası Rəhman Kərimovun sözlərinə görə, oğluna kapitan rütbəsi verilsə də, bunu ona təqdim etmək mümkün olmayıb.
Aprel döyüşlərində də iştirak etmiş şəhidimiz 3 aylıq nişanlıymış və müharibə bitdikdən sonra toyu olacaqmış.
Qeyd edək ki, şəhid Sənən Kərimov 2-ci Fəxri xiyabanda dəfn edilib.
Daha çox