Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlandı

İQTİSADİYYAT
09:15
5 Dekabr 2020
79

Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il dekabrın 1-dək  210.625.007,86 AZN, 11.171.613,65 ABŞ dolları, 181.319,42 avro, 495.561,33 türk lirəsi, 1.844,72 ingilis funt sterlinqi və 5.398.550,00 rubl vəsait daxil olub.

Sabah.az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Qeyd edək ki, noyabrın 1-dən dekabrın 1-dək  Silahlı Qüvvələrə Yardım Fonduna 12.611.973,40 AZN, 175.507,81 ABŞ dolları, 15.723,23 avro, 40 türk lirəsi, 550 ingilis funt sterlinqi və 336.000,00 rubl vəsait daxil olub.

Xəbər lenti