“Amnesty İnternational” nümayəndəsi erməni vəhşiliklərindən yazdı - Fotolar

XƏBƏR
16:15
4 Dekabr 2020
123

“Dağlıq Qarabağın Kəlbəcər bölgəsində evlər boşaldıldı. 27 illik işğal dövründə bütün evlər - 1993-cü ildə didərgin düşən azərbaycanlıların evlərində elə daşınıb aparıldı ki, nə bir qapı, nə bir pəncərə, nə bir dam örtüyü qalmadı”.

Sabah.az xəbər verir ki, “Amnesty İnternational” təşkilatının baş məsləhətçisi Donatella Rovera tvitter hesabında İkinci Qarabağ müharibəsi zamanı törədilmiş müxtəlif erməni vəhşiliklərindən yazıb.

D.Rovera paylaşımında yazır: “O mənim yeganə övladım, gözümün işığı, bütün varlığım idi”, - Nigarın anası mənə dedi. Nigar 15-ci doğum günü ərəfəsində - qohumları və qonşuları, o cümlədən bir neçə uşaqla birlikdə oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə bölgəsinə endirilən ballistik raket zərbəsi nəticəsində öldürüldü”.

D.Roveranın növbəti paylaşımında ermənilərin Gəncədə törətdiyi terror nəticəsində yaranmış dağıntıların fotolarını belə şərh edib: “Anar, Nurçin və 8 qonşusu  oktyabrın 11-də Ermənistan silahlı qüvvələrinin endirdiyi növbəti ballistik raket zərbəsi nəticəsində evlərində yatarkən öldürüldü. “Anar və Nurçinin indi yetim qalan iki uşağı var”, - deyə Anarın atası kədərini güclə boğaraq oğlunun uçub-dağıdılmış evində dedi”.

Xəbər lenti