Təhsil naziri şəhid olan müəllimlərlə bağlı paylaşım etdi

ÖLKƏ
13:55
4 Dekabr 2020
1528

Təhsil naziri Emin Əmrullayev şəhidlik zirvəsinə yüksələn müəllimlərlə bağlı feysbuk səhifəsində paylaşım edib.

Sabah.az xəbər verir ki, paylaşımda Azərbaycan müəlliminin bu müharibədən üzüağ çıxdığı qeyd olunur.

“Azərbaycan müəllimi bu müharibədən üzüağ, başıuca çıxdı. Həm özü şəhidlik zirvəsinə ucaldı, həm də yetişdirdiyi Vətən övladları bu adı haqq etdilər. Düşmənə dərs keçən müəllimlərimizi ehtiramla anırıq!”, - deyə açıqlamada vurğulanıb.

Xəbər lenti