Döyüşdə bir ayağını itirən 23 yaşlı Abbas belə qarşılandı - Video
Vətən müharibəsində yaralanaraq bir ayağını itirən Abbaslı Abbas xəstəxanadan evə buraxılıb.
Sabah.az xəbər verir ki, Türkiyənin Anadolu Agentliyi 23 yaşlı Abbasın yaşadığı evdə coşqu və sevinclə qarşılandığı anları işıqlandırıb.
Qeyd olunub ki, Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə topçu olan qazi müharibənin son günü minaya düşüb.
Özünü itirmədiyini, 500 metr sürünərək dostlarının olduğu əraziyə gəldiyini söyləyən Abbaslı cəbhədə qurulan xəstəxanada əməliyyat olduğunu bildirib.
Əslən Cəbrayıldan olan qazi 44 günlük müharibə ilə bağlı bu fikirləri qeyd edib: “Xidmət etdiyim topçu birləşməsinin Füzuli və Cəbrayılın xilas edilməsində böyük rolu var. Əvvəllər o torpaqları görməmişdim, amma vətənimdir, canımdan keçməyə hazıram”.
Daha çox