Daha bir vəkil koronavirusdan vəfat etdi

XƏBƏR
15:06
3 Dekabr 2020
119

Azərbaycanda daha bir vəkil vəfat edib.

Sabah.az Vəkillər Kollegiyasına istinadən xəbər verir ki, bu gün "Lider" Vəkil Bürosunun müdiri Əli Ələkbərov COVID-19 xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, bu gün tanınmış vəkil Adil İsmayılov da koronavirus səbəbindən vəfat edib. Daha əvvəl isə Tərtər rayon Vəkil Bürosunun üzvü Yusif Seyidov, 22 saylı Vəkil Bürosunun rəhbəri Tahir Əlirzayev COVID-19 virusundan ölüblər.

Vəkillər Kollegiyası bir müddət əvvəl onlarla üzvünün koronavirusa yoluxduğunu açıqlamışdı.

Xəbər lenti