“Xankəndi, Xocalı Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına aiddir”

ÖLKƏ
12:42
3 Dekabr 2020
68

“Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına Xankəndi şəhəri, Şuşa, Zəngilan, Xocavənd, Xocalı, Qubadlı, Laçın, Ağdam, Cəbrayıl, Füzuli və Kəlbəcər rayonları daxildir”.

Sabah.az xəbər verir ki, bu sözləri Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov deyib.

O qeyd edib ki, idarənin bütün strukturlar üzrə fəaliyyətinin təşkili üçün zəruri addımlar atılır: “Ədliyyə Nazirliyinin Qarabağ Regional Ədliyyə İdarəsinin kadrlarla kompkletləşdirilməsi işlərinə başlanılıb. İşğaldan azad edilən rayonların komendantları ilə əlaqə saxlanılıb və sıx əməkdaşlıq edilir. Hazırda bizim əsas məsələmiz işğaldan azad edilən torpaqlarımızda ədliyyə qurumlarının işinin komplektləşməsidir. Biz artıq tədbirlər planı müəyyənləşdiririk. Plana uyğun olaraq işimizi qurmuşuq və davam etdiririk”.