Vəkil Adil İsmayılov vəfat etdi
Azərbaycanın tanınmış vəkili Adil İsmayılov vəfat edib.
Sabah.az xəbər verir ki, bu barədə onun həmkarları məlumat verib. A.İsmayılovun koronavirusdan öldüyü bildirilir.
Qeyd edək ki, Adil İsmayılovun 30 illik vəkil təcrübəsi olub. O, 1955-ci il iyulun 6-da Göyçayda anadan olub.
İlk fəaliyyətə prokurorluq orqanlarında başlayıb. Sumqayıt şəhər prokurorluğunda mühüm işlər üzrə müstəntiq, daha sonra Baş Prokuroqluda xüsusilə mühüm işlər üzrə müstəntiq olub. Daha sonra öz ərizəsi ilə işində ayrılıb.
Vəkil kimi isə “Qara kəmər” əməliyyatında DİN generalı Zakir Nəsirovun, Ramil Səfərovun, “MTN işi”ndə general Sübahir Qurbanovun hüquqlarını müdafiə edib. Sonuncu işində isə Azərbaycanın keçmiş baş prokuroru Eldar Həsənovun vəkili idi. Hazırda E.Həsənovun cinayət işi ilə bağlı istintaq davam edir.
Daha çox