Düşmənin "Mixaylo" qorxusu - Video

ÖLKƏ
09:16
3 Dekabr 2020
64

Vətən müharibəsində qəhrəmanlıq göstərən igidlərimizdən biri də Mixayıl Həmidovdur.

Sabah.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, xidmət yolaşları onu "Mixaylo" kimi tanıyıb sevmişdi.

İngilis, rus və erməni dillərini bilən kəşfiyyat komandiri Mixayıl Həmidov Füzuli uğrunda gedən döyüşlərdə bir neçə düşmən postunun ələ keçirilməsində xüsusi rol oynayıb. O qədər qorxmaz olub ki, düşmənlə üz-üzə gəlib, əlbəyaxa döyüşməkdən belə çəkinməyib. Elə bu qorxmazlığına görə düşmən hərbçiləri onun qarşısında davam gətirə bilməyib, öz postlarını qoyaraq qaçıblar.

Hərbçi yoldaşları peşəkar kəşfiyyatçı və cəsarətli döyüşçü olduğu üçün ona "Mixaylo" adını veriblər. O, əsl kəşfiyyatçı olub və bacarıqları sayəsində ordumuzun sürətlə irəliyə doğru getməsinə şərait yaradıb.

Mövzu ilə bağlı videonu təqdim edirik:

Xəbər lenti