"13-14 sağlam futbolçumuz qalıb" - "Qarabağ"ın məşqçisi

İDMAN
17:16
2 Dekabr 2020
104

"Məlum səbəblərə görə az oyunçumuz var. 13-14 sağlam futbolçu qalıb".

Sabah.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın məşqçisi Elçin Rəhmanov Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda sabah "Makkabi" (Təl-Əviv) ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

Baş məşqçi Qurban Qurbanov koronavirusa yoluxduğu üçün onu əvəzləyən məşqçi Mahir Emrelinin də virus səbəbindən sabahkı görüşdə iştirak etməyəcəyini bildirib: "Dua edirik ki, digər futbolçular sabaha tam hazır olsunlar".

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Xəbər lenti