“Yaxın aylarda kütləvi vaksinasiya başlayacaq”

ÖLKƏ
15:00
2 Dekabr 2020
94

“Yaxın aylarda kütləvi vaksinasiya tədbirləri başlayacaq. Azərbaycan dövləti ən zərərsiz vaksinlərin ölkəyə gətirilməsi üçün tədbirləri bitirib”.

Sabah.az xəbər verir ki, bunu  Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov bugünkü brifinqdə deyib.

O bildirib ki, vaksinlər hazır olanda ölkəyə gətiriləcək: “Gəlin səhiyyə sistemimizi yükləməyək. Bilirsiniz ki, xəstəxanalarda yaralı əsgərlərimiz müalicə alır. Biz özümüzü qorumaqla həmin əsgərləri də qorumuş olarıq”.

Xəbər lenti