“Yoluxanların 81 faizi xəstəliyi yüngül simptomlarla keçirir”

ÖLKƏ
14:22
2 Dekabr 2020
86

Koronavirus səbəbindın əsas ağırlaşmalar xroniki xəstəlikləri olan şəxslərdə daha çox müşahidə olunur.

Sabah.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə TƏBİB-in infeksion xəstəliklər üzrə İşçi Qrupunun üzvü Nəzrin Mustafayeva deyib.

O bildirib ki, ürək damar xəstəlikləri olanlarda, şəkərli diabet, xərçəng xəstələrində ağırlaşma daha çox müşahidə olunur:

“Yoluxanların 81 faizi xəstəliyi yüngül simptomlarla keçirir. Lakin bəzi həssas qrup şəxslər xəstəxanalara axın edir. Bəziləri isə bizim təyin etmədiyimiz müalicələrə yönəlirlər. Son günlər əhali arasında sistem vurulması halları da çoxalıb. Xəstəliyin sonrakı günlərində bu insanlar daha da ağırlaşmış halda xəstəxanalara müraciət edirlər. Vətəndaşları təşvişə düşməməyə çağırırıq. Testin nəticəsi pozitiv olan bəzi şəxslər isə yaşadığı yerləri tərk edirlər. Bu da onların özlü və ətrafdakılar üçün təhlükə yaradır. Təəssüf ki, 1 ilə yaxın müddətdə effektiv peyvənd təsdiqlənməyib”.

Xəbər lenti