XİN-dən fransız parlamentarilərlə bağlı xəbərə reaksiya

GÜNDƏM
10:47
2 Dekabr 2020
62

“Azərbaycan Respublikasının onun beynəlxalq tanınmış sərhədləri çərçivəsində suveren ərazisinə edilən səfərlər ilə bağlı rəsmi mövqeyi bəllidir və bu mövqe dəyişilməz olaraq qalır”.

Sabah.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva erməni KİV-lərinin Fransa Parlamentinin bir qrup üzvünün Ermənistan və Dağlıq Qarabağa səfər edəcəyi, eləcə də burada görüşlər keçirərək, mövcud olan humanitar vəziyyəti yerindəcə qiymətləndirməyi planlaşdırdıqlarına dair xəbərlərinə münasibətində bildirib.

“Azərbaycan ərazisinə, o cümlədən onun Dağlıq Qarabağ bölgəsinə edilən səfərlər Azərbaycan Hökuməti ilə razılaşdırılmalıdır. Azərbaycanın qanunvericiliyini pozan şəxslər müvafiq sanksiyalarla üzləşirlər və onların gələcəkdə Azərbaycan ərazisinə səfərləri məhdudlaşdırılır”, - deyə XİN rəsmisi qeyd edib.

Xəbər lenti

13:26 25 Yanvar 2021
17:56 23 Yanvar 2021
17:22 23 Yanvar 2021
14:15 23 Yanvar 2021
12:02 23 Yanvar 2021
14:31 22 Yanvar 2021