Suqovuşan uğrunda şəhid olan müəllim - Foto

ÖLKƏ
18:22
1 Dekabr 2020
417

Fiziki tərbiyə müəllimi Vüqar Vəliyev də Vətən müharibəsində şəhid olub.

Sabah.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

V.Vəliyev Ağdam rayonu 18 nömrəli köçkün tam orta məktəbində çalışıb. Vətən müharibəsinə könüllü yollanan Vüqar müəllim Suqovuşanda gedən döyüşlərdə şəhid olub.

“O, ötən il müəllimlərin işə qəbulu müsabiqəsində uğur əldə edərək sözügedən məktəbdə pedaqoji fəaliyyətə başlamışdı. Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi şəhidimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir”, - məlumatda qeyd olunub.

Xəbər lenti