Rusiya MN-dən Laçının Azərbaycana təhvil verilməsi barədə açıqlama

GÜNDƏM
17:19
1 Dekabr 2020
79

“Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının üçtərəfli bəyanatına müvafiq olaraq Laçın rayonu dekabrın 1-dən Rusiya sülhməramlılarının nəzarəti altında Azərbaycan tərəfinə verilib. Bu, razılıq çərçivəsində verilməsi planlaşdırılan üç rayondan sonuncusu idi”.

Sabah.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov jurnalistlərə açıqlamasında bildirib.

Konaşenkov Laçın dəhlizinin 5 kilometr enliyində Rusiya sülhməramlılarının nəzarəti altında olduğunu da qeyd edib.

“Bu dəhlizlə Ermənistanla Dağlıq Qarabağın əlaqəsi, insanları yaşayış yerlərinə təhlükəsiz qayıdışı və mülki avtonəqliyyatın hərəkəti təmin olunur” - deyə rus general vurğulayıb.

Xəbər lenti