İlham Əliyev Laçınla bağlı xalqı təbrik etdi

ÖLKƏ
12:04
1 Dekabr 2020
61

Məlum olduğu kimi, Azərbaycan, Rusiya Prezidentləri və  Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Sabah.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edərək bütün laçınlıları təbrik edib:

"Əziz həmvətənlər. Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Biz bir güllə atmadan Laçın rayonunu qaytardıq, düşməni buna məcbur etdik.

Biz ilk növbətə laçınlıları Laçına qaytaracağıq. Onları təbrik edirəm".

Xəbər lenti