Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzi ilə bağlı memorandum imzalandı

GÜNDƏM
11:55
1 Dekabr 2020
60

Türkiyə Müdafiə Nazirliyi Azərbaycan ilə Ermənistan arasında atəşkəsin icrasını ən qısa müddətdə izləmək və nəzarət etmək üçün yaradılacaq Türkiyə-Rusiya Birgə Mərkəzinin aktivləşdirilməsi üçün lazımi işlərin aparıldığını açıqlayıb.

Sabah.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.

“Türk-Rus Birgə Mərkəzinin yaradılması və vəzifə prinsipləri ilə əlaqədar texniki detallarla bağlı müzakirələr tamamlandı və bir memorandum imzalandı. Mərkəzin ən qısa müddətdə aktivləşdirilməsi üçün lazımi işlər aparılır”,- deyə məlumatda bildirilib.

Xəbər lenti