DİN-dən aşıq Namiqin ittihamlarına cavab

GÜNDƏM
11:16
1 Dekabr 2020
72

Daxili İşlər Nazirliyi televiziya kanallarının birində aşıq Namiq Fərhadoğlunun (Namiq Hüseynov) Nərimanov polisinin ünvanına səsləndirdiyi ittihamlara münasibət bildirib.

Sabah.az xəbər verir ki, Dİ̇N Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib ki, Namiq Hüseynovun səsləndirdiyi fikirlər böhtandır və qərəzdən irəli gəlir:

"Oktyabrın 30-da N.Hüseynov barəsində Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə şikayət ərizəsi daxil olub. Müraciətdə vətəndaş sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsin ona etik olmayan təkliflər etməsini və onun tələblərinə əməl etməyəcəyi təqdirdə hədə-qorxu gəlməsini vurğulayıb.

İş üzrə aparılan araşdırmanın xüsusatlarını aydınlaşdırmaq məqsədilə N.Hüseynov müvafiq polis şöbəsinə dəvət olunmasına baxmayaraq o, polisə tabesizlik nümayiş etdirib, şikayət edən qadının ünvanına isə qeyri-etik ifadələr səsləndirib.

Qeyd olunan hərəkətlərdə xırda xuliqanlıq, polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə fakta əsasən İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin 7 noyabr tarixli qərarı ilə N.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilib".

Xəbər lenti

18:00 15 Yanvar 2021
17:14 15 Yanvar 2021
13:39 15 Yanvar 2021
19:11 14 Yanvar 2021
18:09 14 Yanvar 2021
15:21 14 Yanvar 2021
13:21 14 Yanvar 2021