Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi

GÜNDƏM
17:21
30 Noyabr 2020
163

Daxili işlər orqanlarında yeni təyinat olub.

Sabah.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis general-mayoru Teymur Hacıyev Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.

T.Hacıyev bu təyinata qədər Bakı Şəhər Baş Polis İdarəsində əməliyyat işləri üzrə rəis müavini kimi fəaliyyət göstərib.

Qeyd edək ki, bir neçə gün əvvəl Gəncə Şəhər Baş Polis İdarəsinin əvvəlki rəisi Əkbər İsmaylov Bakı Şəhər Baş Polis idarəsinə rəisi təyin edilib.

Təyinatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər.

Xəbər lenti