Baş Prokurorluq əhaliyə müraciət etdi

GÜNDƏM
15:40
30 Noyabr 2020
51

Baş Prokurorluq əhaliyə müraciət edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, son zamanlar mülki şəxslərin işğaldan azad edilmiş ərazilərimizdə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları, bəzən isə həlak olmaları halları müşahidə edilir.

Baş Prokurorluq vətəndaşlarımıza bir daha müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən  tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir.

Xəbər lenti