“Xanımımın yolunu kəsən sürücü oğlumu boğmaq istəyib” - Video
Bakıda sürücülər arasında insident baş verib.
Sabah.az xəbər verir ki, Avtosfer.az-a müraciət edən Məharət Hüseynov bildirib ki, həyat yoldaşı noyabrın 28-i özünə məxsus avtomobili idarə edən zaman 99-VM-967 qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü öncə manevr qaydasını pozaraq ona təhlükə yaradıb.
Onun sözlərinə görə, həmin vaxt avtomobildə 7 və 14 yaşlı azyaşlı övladları da olub. Yaşanan təhlükədən sonra xanım kəskin tormozlama etməyə məcbur olub. Bu zaman avtomobildəki uşaqlar qorxuya düşüb. Daha sonra isə sürücü yol boyu ziqzaqvari hərəkətlər edərək yolda bir neçə avtomobilə təhlükə yaradıb.
Xanım sürücü yaşadıqları mənzilə çatmağa az qalmış həmin sürücünün yolun kənarında dayanmasını görüb. Etdiyi hərəkətlərə görə ona irad bildirən zaman, sürücü xanımı təhqir etməyə başlayıb. Anasının təhqir edildiyini görən 14 yaşlı oğlan övladı avtomobildən düşüb. İddiaya görə, bu zaman sürücü anasının gözü qarşısında həmin 14 yaşlı azyaşlını boğmağa başlayıb. Avtomobildə olan digər 7 yaşlı uşaq bunu görən zaman qorxudan qışqırıb və hələ də hadisənin şokundan çıxmayıb. Həmin zaman oradan keçən vətəndaşlar hadisəyə müdaxilə ediblər.
Ailə məsələ ilə bağlı DİN-ə müraciət ünvanladığın bildirib.
Daha çox