Sülhməramlılar Xankəndidə hərbi xəstəxana qurdular - Video

GÜNDƏM
11:32
30 Noyabr 2020
107

Xankəndidə Rusiya Müdafiə Nazirliyi Xüsusi Təyinatlı Tibbi Birliyin (MOSN) bölmələri tərəfindən səhra xəstəxanası qurulub.

Sabah.az xəbər verir ki, hərbi modul xəstəxanalar Xankəndi şəhərindəki hava limanında yerləşdirilib.

“Pnevmatik karkas modulların yerləşdirilməsi başa çatıb. Hər şeydən əvvəl, sülhməramlı kontingentin tibbi dəstəyinə diqqət ayırırıq. Və mülki əhaliyə yardım göstərməyə hazırıq. Öz vəsaitlərimizlə 40-a qədər adam yerləşdirməyə hazırıq”,- deyə tibbi hissə rəhbəri Yaroslav İvanov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, xəstəxana reanimasiya şöbəsi, funksional diaqnostika, laboratoriya diaqnostikası, əməliyyat bölməsi, stomatologiya və oftalmologiya kabinetləri ilə təchiz olunub. Bundan başqa, hospital süni nəfəs aparatı, UZİ və rentgen cihazları ilə təmin edilib.

Xəbər lenti