“Qarabağ”ın futbolçuları Ağdamda - Fotolar

İDMAN
16:41
28 Noyabr 2020
128

“Qarabağ” futbol klubu bu gün Ağdam şəhərinə səfər edib.

Sabah.az xəbər verir ki, klubun məşqçiləri və futbolçuları Ağdam Cümə məscidində namaz qılıblar. Bundan başqa, komanda üzvləri Azərbaycanın Milli Qəhrəmanı, "Qarabağ"ın futbolçusu, kapitanı, baş məşqçisi olmuş Allahverdi Bağırovun da məzarını ziyarət ediblər.

Qeyd edək ki, Ağdam noyabrın 20-i işğaldan azad olunub.

Xəbər lenti