“Mercedes” işıq dirəyinə çırpıldı, xəsarət alan var - Foto

HADİSƏ
22:28
27 Fevral 2020
29

Sumqayıt şəhərinin Sülh küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil qarşısındakı avtomobili ötmək istəyərkən qəza törədib.

Nəticədə “Mercedes”in sürücüsü idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb. İşıq dirəyi isə digər avtomobilin üzərinə aşıb. Hadisə nəticəsində “Mercedes”in sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti