“Fənərbaxça”dan şəhidimizlə bağlı paylaşım - Fotolar

İDMAN
14:22
28 Noyabr 2020
114
“Fənərbaxça”  İkinci Qarabağ müharibəsində şəhid olan  Niyamin Niftalızadə ilə bağlı paylaşım edib.

Sabah.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, onun məzarı önünə klubun forması qoyulub.

Klub “Fənərbaxça” azarkeşi olan Niyaminlə bağlı paylaşımında bunları qeyd edib: “Azərbaycan ordusunda xidmət edərkən şəhid olan Niyamin Niftalızadəyə Allahdan rəhmət diləyirik, yaxınlarına və Azərbaycan xalqına başsağlığı veririk".

Qeyd edək ki, bundan əvvəl "Qalatasaray" klubu şəhid Fərid Dursunov və Murad Məmmədovla bağlı paylaşım edib.

Xəbər lenti