“Hərbçilərimiz tezliklə Azərbaycandakı vəzifələrini icra edəcəklər” - Fuat Oktay

ÖLKƏ
11:30
28 Noyabr 2020
95

"Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər".

Sabah.az xəbər verir ki, bu sözləri Türkiyənin vitse-prezidenti Fuat Oktay Plan və Büdcə Komissiyasının iclasında deyib.

Türkiyə Prezidentinin köməkçisi Azərbaycana dəstək verməyə davam edəcəklərini bir daha vurğulayıb:

“Şərqi Aralıq, Kipr və Liviya kimi bölgə məsələrində Türkiyənin güclü duruşu və qardaş Azərbaycana 44 gündə Qarabağın azadlıq müharibəsində verdiyimiz dəstək davam etməkdədir. Son qərarla Türkiyə hərbçiləri azərbaycanlı qardaşlarımızın hüquq və mənafelərini qorumaq üçün ən qısa müddətdə Azərbaycandakı vəzifələrini icra edəcəklər”.

Xəbər lenti