Diplomatik korpusun nümayəndələri Tərtər və Ağdama gedir

ÖLKƏ
09:52
28 Noyabr 2020
44

“Prezident İlham Əliyevin tapşırığına əsasən diplomatik korpusların və beynəlxalq təşkilat rəhbərlərini Tərtərə və işğaldan yeni azad edilən Ağdama aparırıq”.

Sabah.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbsəinin müdiri Hikmət Hacıyev öz tvitter hesabında bildirib.

“Biz Tərtərdə Ermənistan tərəfindən edilən ağır bombardmanın nəticələrini görəcəyik. Ağdam dağıdılaraq “ruhlar şəhəri”nə çevrilib. “Qarabağ” futbol klubu da bizimlədir”.

Xəbər lenti