Koronavirusdan vəfat edən Ağsu icra başçısı Bakıda dəfn edildi - Yenilənib

GÜNDƏM
14:05
28 Noyabr 2020
121

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev vəfat edib.

Sabah.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında icra başçısının qohumları deyib. Məlumatına görə, V.Tağıyev ötən gün axşam saatlarında xəstəxanada keçinib. Həkimlərin səyinə baxmayaraq V.Tağıyevin həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, icra başçısı bir müddət əvvəl koronavirusa yoluxmuşdu və Bakıdakı tibb mərkəzlərindən birində müalicə olunurdu.

***

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev dəfn edilib.

İcra başçısı Bakı şəhəri Binəqədi rayon Qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, icra başçısı dünən müalicə aldığı tibb mərkəzində dünyasını dəyişib.

Xəbər lenti