Bu yerlərdə tıxac var - Foto

ÖLKƏ
17:20
27 Noyabr 2020
34

Ziya Bünyadov prospektində (Poladəritmə zavodunun qarşısında) tunelə girişdə yol nəqliyyat hadisəsi baş verib. Hadisə səbəbindən yolda sıxlıq müşahidə olunur.

Sabah.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev feysbuk hesabında bildirib.

O bildirib ki, hazırda, həmçinin 3-cü Mikrorayon dairəsi ətrafında hərəkətdə çətinlik yaranıb. Dairə ətrafında tıxac var: “Hər iki ünvandakı nəqliyyat şəraiti həmin ərazidən keçən müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaradır”.

Xəbər lenti