Erməni əsirliyində olan Aminin yeni fotosu yayıldı

ÖLKƏ
16:40
27 Noyabr 2020
87

Rusiyanın “İnfoteka24.ru” saytı erməni əsirliyində olan azərbaycanlı Amin Musayevin yeni fotosunu yayıb.

Sabah.az xəbər verir ki, məlumatda bildirilib ki, Amin sağdır və müalicə olunur.

Xatırladaq ki, hərbçilərimiz Amin Musayev və Bayram Kərimov 44 günlük Vətən Müharibəsi zamanı yaralanaraq, ermənilərə əsir düşüblər.

Onların Ermənistan ərazisində saxlanıldığına dair məlumat olsa da, erməni tərəfi təkzib edirdi.

Düşmən tərəfindən əsir alınan Amin Musayev və Bayram Kərimovla bağlı ilk videonu ukraynalı jurnalist Aleksandr Xarçenko çəkərək, Youtube-dakı ANNA News kanalında paylaşmışdı.

Azərbaycan tərəfi həmin əsirlərin geri alınması üçün beynəlxalq təşkilatlara, o cümlədər Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.

Xəbər lenti