Putin Təhlükəsizlik Şurasında Qarabağı müzakirə etdi

GÜNDƏM
15:46
27 Noyabr 2020
112

Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə toplantıda Dağlıq Qarabağdakı humanitar missiyanın və Rusiya sülhməramlılarının işini müzakirə edib.

Sabah.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Bu məzmunda Prezident müşavirə iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışıqları barədə məlumat verib”, - deyə Kremlin sözçüsü bildirib.

Onun sözlərinə görə, həmçinin Rusiyanın sosial-iqtisadi daxili gündəminin müxtəlif aktual məsələlərinə də toxunulub.

Xəbər lenti