Birgə döyüşüb, birgə yaralanan qardaşlar - Video

ÖLKƏ
10:20
27 Noyabr 2020
96

Vətən müharibəsinin qəhrəmanları arasında İlkin və Elmin Şəbizadə qardaşları da var.

Sabah.az xəbər verir ki, AzTV bununla bağlı reportaj hazırlayıb. Reportajda ata-anasız, nənə və babalarının himayəsində böyüyən qardaşların müharibənin ilk günündən çiyin-çiyinə döyüşdüyü, qələbəni birlikdə qazandıqları bildirilib.

İlkinin 20, Elminin isə 18 yaşı var. Bu gənc ömürlərinə böyük tarix sığdırıblar - Şuşa zəfəri kimi.

Elmin cəbhəyə yollananda İlkin onu tək buraxmayıb, universtetdə təhsilini yarımçıq qoyub qardaşı ilə birgə müharibəyə gedib.Qardaşlar heç vaxt bir-birindən ayrılmayıblar, yaralananda da bir yerdə yaralanıblar. Elminin yarası daha ağır olduğundan qardaşı öz ağrısını unudub onu 15 kilometr çiynində daşıyıb. Elmin bir neçə dəfə əməliyyat olunub və hazırda müalicəsini xəstəxanada davam etdirir.