Hulusi Akar Fransa Senatının qətnaməsini pislədi

GÜNDƏM
16:46
26 Noyabr 2020
43

Türkiyənin müdafiə naziri Hulusi Akar Fransa parlamentinin yuxarı palatasının (Senat) qondarma “Dağlıq Qarabağ respublikası” ilə bağlı qətnaməsinə münasibət bildirib.

Sabah.az xəbər verir ki, Hulusi Akar açıqlamasında Fransanı qərəzli mövqe göstərdiyinə görə qınayıb:

“Fransa ATƏT-in MINSK qrupunun həmsədri olaraq tərəfsiz olmalıdır. Bu qərar bir daha göstərdi ki, Fransa Qarabağ məsələsində həllin yox, problemin bir parçasıdır”.

Xatırladaq ki, noyabrın 25-də Fransa Senatında “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə qəbul edilib. Qətnamə təklifi bir qrup qatı ermənipərəst senator tərəfindən irəli sürülüb.

Xəbər lenti

13:26 25 Yanvar 2021
17:56 23 Yanvar 2021
17:22 23 Yanvar 2021
14:15 23 Yanvar 2021
12:02 23 Yanvar 2021