Yağış, güclü külək, qar.. - Xəbərdarlıq

ÖLKƏ
15:17
26 Noyabr 2020
132

Noyabrın 27-də gecə və səhər Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Sabah.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Azərbaycanın bəzi şərq rayonlarında noyabrın 27-si gecə və səhər arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Xəbər lenti