Ermənilər Laçında da evləri yandırır - Fotolar

GÜNDƏM
14:22
26 Noyabr 2020
63

Dekabrın 1-nə qədər Laçın rayonunu Azərbaycana təhvil verməli olan ermənilər öz xain əməllərini davam etdirirlər.

Sabah.az xəbər verir ki, bu barədə bölgədə olan “Daily Storm” agentliyinin müxbirləri məlumat yayıb.

Onların sözlərinə görə, Laçının Kareqax kəndinin sakinləri oranı tərk edərkən özləri ilə paltarlarını, digər əşyalarını, eləcə də elektrik naqillərini götürür, evlərə isə od vururlar.

Bildirilib ki, kəndin ətrafında aclıqdan ölmək ehtimalı olan bir çox narahat və ac heyvanlar var. Qeyri-müəyyənliyə baxmayaraq, bəzi mağazalar fəaliyyətini davam etdirir.

Qeyd olunub ki, Laçın rayonu Bakı, Moskva və İrəvan  arasında imzalanan müqaviləyə əsasən, Azərbaycan tərəfinə təhvil verilir.

Xatırladaq ki, analoji hadisələr Kəlbəcər və Ağdamda da yaşanıb.

Xəbər lenti