Maradonanın oğlu reanimasiyaya yerləşdirildi

İDMAN
11:40
26 Noyabr 2020
104

Ötən gün əfsanəvi futbolçu Dieqo Armando Maradona ürək tutmasından vəfat edib.

Sabah.az xəbər verir ki, atasının ölüm xəbərini eşidəndə mərhumun kiçik oğlu Dieqonun halı pisləşib. O, xəstəxanaya yerləşdirilib. Bu haqda jurnalist Tankerdi Palmeri tvitter hesabında məlumat yayıb.

O qeyd edib ki, mətbuat Maradonanın ölümündən sonra Dieqoya zəng edərək münasibət öyrənmək istəyib. Atasının ölüm xəbərini jurnalistdən eşidən Dieqonun vəziyyəti pisləşib və hazırda reanimasiyadadır.

Xəbər lenti