Evdən çıxan 4 koronavirus xəstəsinə cinayət işi açıldı

XƏBƏR
10:51
26 Noyabr 2020
45

Şamaxı Rayon Polis Şöbəsinə COVID-19 infeksiyasına yoluxmuş rayon sakinlərinin yaşayış yerlərini tərk etmələri barədə məlumat daxil olub.

Sabah.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, Şamaxı rayonu Sabir qəsəbə sakini K.Mahmudovun, İkinci Çaylı kənd sakini F.Şirinovun, şəhər sakinləri R.Dəmirov və A.Abdullayevin koronavirus testlərinin nəticəsi pozitiv olduğuna görə, onlara ev şəraitində müalicə təyin edilib, qaydalara riayət etmələri tapşırılıb. Lakin həmin şəxslər qaydaları pozaraq yaşadıqları evləri tərk ediblər.

Keçirilən müvafiq tədbirlərlə onların rayon ərazisində olduqları yer müəyyən olunub və əraziyə həkim briqadası dəvət edilib. Polis əməkdaşlarının da müşayiəti ilə onlar yaşadıqları ünvanlara geri qaytarılıblar.

Şamaxı Rayon Polis Şöbəsinin İstintaq bölməsində hər dörd şəxs barəsində cinayət işi başlanılıb.

Xəbər lenti

13:26 25 Yanvar 2021
17:56 23 Yanvar 2021
17:22 23 Yanvar 2021
14:15 23 Yanvar 2021
12:02 23 Yanvar 2021