Qazimizi düşmən gülləsindən telefonu xilas edib - Video

ÖLKƏ
10:21
26 Noyabr 2020
48

"Telefon ürəyimin üstündə idi. Güllə ona dəydi, telefon güllənin zərbəsini zəiflətdi. Keçib telefonun içərisində qaldı".

Sabah.az xəbər verir ki, bu sözləri Vətən müharibəsinin qəhrəman qazisi Asif Məmmədli AzTV-yə açıqlamasında deyib. Laçın uğrunda gedən döyüşlərdə bu kiçik əşya döyüşçüyə sipər olub.

Telefonu A.Məmmədlini düşmənin 7.62 mm-lik patronundan bir dəfə qorusa da, növbəti dəfə qoruya bilməyib:

"Döyüşçü yoldaşım yaralanmışdı, onu götürüb çıxarmaq istəyəndə düşmən məni sağ qolumdan nişan aldı, yaralandım. Çox şükür ki, yaralı yoldaşımızı tibb məntəqəsinə çatdıra bildik".

Xəbər lenti