“Aminlə danışanda hər şeyin yaxşı olduğunu deyirdi” - Video

ÖLKƏ
09:29
26 Noyabr 2020
50

Şuşa ətrafında döyüşlərdə yaralanan qəhramanlardan biri də Amin Musayevdir. Sosial şəbəkələrdə onun ermənilər tərəfindəmn əsir götürülməsi ilə bağlı videolar yayılmışdı.

Sabah.az xəbər verir ki, “İctimai” televiziya Ağstafada Aminin ailəsində olub. Aminin anası Hicran Sadıqova bildirib ki, oğlu onunla danışanda hər şeyin yaxşı olduğunu, tezliklə xoş xəbərlərin olacağını deyirdi.

Amin Musayevin ailəsi Beynəlxaq Qızıl Xaç Komitəsinə müraciət edib. Və tezliklə ona qovuşacağına ümid edirlər.

Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BXQK) əlaqədar qurumlarla mümkün qədər tez bir zamanda Amin Musayev və başqa bir əsir düşmüş Bayram Kərimova baş çəkmək üçün dialoq apardığını bildirib.

Sözügedən reportajı təqdim edirik:

Xəbər lenti