Koronavirus futzalçının da həyatına son qoydu - İranda

İDMAN
20:33
27 Fevral 2020
56

Qadın futzalçılardan ibarət İran millisinin sabiq üzvü Elham Şeyxi koronavirusdan dünyasını dəyişib.

Sabah.az İran mətbuatına istinadən xəbər  verir ki, 23 yaşlı oyunçu 10 gün əvvəl Qum şəhərində xəstəxanaya yerləşdirilib və ötən gün vəfat edib.

Qeyd edək ki, yayılan son rəsmi məlumata görə, İranda koronavirus səbəbindən 26 nəfər ölüb və 245 yoluxma halı qeydə alınıb.

Xəbər lenti