Kəlbəcərin təhsil statistikası açıqlandı

ÖLKƏ
09:50
25 Noyabr 2020
135

İşğaldan azad olunan Kəlbəcər rayonunun təhsil statistikası açıqlanıb.

Sabah.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, 1992-1993-cü tədris illərində Kəlbəcərdə 96 məktəb fəaliyyət göstərib. Bu illərdə məktəblərdə təhsil alan şagirdlərin sayı 9 747, müəllimlərin sayı 1 113 nəfər təşkil edib.

2020-2021-ci tədris ilində isə Kəlbəcərdə olan məktəblərin sayı 109-dur. Bu təhsil müəssisələrində şagirdlərin sayı 15 666, müəllimlərin sayı isə 1 952 nəfər təşkil edib.

Xəbər lenti