Avroliqa oyunu təxirə salındı

İDMAN
19:52
27 Fevral 2020
46

UEFA Avropa Liqasının 1/16 final mərhələsində bu gün keçirilməli olan "Zalsburq" (Avstriya) -  "Ayntraxt" (Almaniya) cavab matçı təxirə salınıb.

Sabah.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Fırtına xəbərdarlığına görə oyun baş tutmayacaq. Görüşün nə vaxt keçirilməsi haqda xəbər verillməyib.

Qeyd edək ki, Frankfurtdakı ilk görüşdə "Ayntraxt" rəqibini 4:1 hesabı ilə məğlub etmişdi.

Xəbər lenti