“Qalatasaray”dan şəhidimizlə bağlı paylaşım - Foto

İDMAN
16:23
24 Noyabr 2020
80

Xəbər verdiyimiz kimi, İkinci Qarabağ müharibəsində şəhid olan Fərid Dursunovun son vəsiyyəti ilə məzarının üstündə Azərbaycan bayrağı ilə yanaşı “Qalatasaray” bayrağı da asılıb.

Sabah.az xəbər verir ki, “Qalatasaray” klubu rəsmi feysbuk səhifəsində bununla bağlı paylaşım edib.

“Şəhid olsam məzarıma Azərbaycan bayrağı ilə birlikdə “Qalatasaray” bayrağını asın” deyən və vəsiyyəti yerinə yetirilən şəhid Fərid Dursunovla birlikdə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Qalatasaraylılıq ölməz...”, - deyə paylaşımda qeyd olunub.

Xəbər lenti